Mingəçevirdə sexdə yanğın olub

Mingəçevirdə sexdə yanğın olub
  19 Avqust 2020    Oxunub:1909
Mingəçevir şəhərində ümumi sahəsi 140 m² olan daş sexinin içərisinə yığılan taxta qəliblər 50 m² sahədə yanıb.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, yüksək temperaturdan sexin tavanının taxta atmaları 40 m² sahədə qarsalanıb.

Sexin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az


Teqlər: Mingəçevir   Yanğın  





Xəbər lenti