Yevlaxda 4 otaqlı ev yanıb

Yevlaxda 4 otaqlı ev yanıb
  18 Avqust 2020    Oxunub:3132
Yevlax şəhərində ümumi sahəsi 132 kv.m olan birmərtəbəli 4 otaqlı evin çardağının yanar konstruksiyaları 110 kv.m sahədə yanıb.
Fövqəladə Hallar Nazirliyindən Azvision.az -a verilən məlumata görə, yüksək temperaturdan 2 otağının döşəməsi 72 kv.m sahədə qarsalanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az


Teqlər: FHN   Yanğın   Mənzil  





Xəbər lenti