Yas mərasimi keçirənlər polis şöbəsinə aparıldı

Yas mərasimi keçirənlər polis şöbəsinə aparıldı
  18 Avqust 2020    Oxunub:2924
Kürdəmir rayon Polis Şöbəsinin əməkdaşları rayonun Türkədi kənd sakini Əhmədov Həsən Mərifət oğlunun karantin rejimini pozaraq həyətində yas mərasimi təşkil etməsi faktını aşkarlayıb.
DİN-dən Azvision.az -a verilən məlumata görə, dərhal polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində yas mərasiminin keçirilməsi dayandırılıb.

Ev yiyəsi Həsən Əhmədov və yas mərasimdə iştirak edən bir neçə nəfər saxlanılaraq rayon polis şöbəsinə dəvət olunub.

Onlarla profilaktiki söhbətlər aparıldıqdan sonra hər biri barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinin müvafiq bəndinə əsasən inzibati cərimə tətbiq olunub.

Azvision.az



Teqlər: DİN   Yas  





Xəbər lenti