Gədəbəydə maşın dərəyə aşıb, sürücü ölüb

Gədəbəydə maşın dərəyə aşıb, sürücü ölüb
  18 Avqust 2020    Oxunub:2835
Gədəbəy rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a bildiriblər ki, rayon sakini M.Həsənovun Qaradağ kəndi ərazisində idarə etdiyi “VAZ-21061” markalı avtomobil dərəyə aşıb. Nəticədə sürücü hadisə yerində ölüb.

Hadisə ilə bağlı Gədəbəy Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Azvision.az


Teqlər: DİN   Qəza  





Xəbər lenti