İki evdən 8 minlik oğurluq edildi

İki evdən 8 minlik oğurluq edildi
  18 Avqust 2020    Oxunub:2059
Oğurluq etdiyinə görə tutulan şəxslərin digər cinayət əməlləri müəyyən edilib.
Daxili İşlər Nazirliyindən Azvision.az -a verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin əməkdaşları tərəfindən oğurluq etdiyinə görə tutulan S.Cəfərovun və S.Bəyalıyevin ətrafında aparılan əməliyyat tədbirləri ilə onların daha 2 evdən ümumilikdə 6700 manat, 700 ABŞ dolları və 550 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaları da müəyyən edilib.

Azvision.az



Teqlər: DİN   Oğurluq  





Xəbər lenti