“Hökumət buludu”nun yaradılması ilə bağlı fərmanda dəyişiklik

“Hökumət buludu”nun yaradılması ilə bağlı fərmanda dəyişiklik
  18 Avqust 2020    Oxunub:3255
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi dövlət qurumlarının Nazirlər Kabinetinin müəyyən etdiyi Keçid Planına uyğun olaraq Data Mərkəzində yerləşdirilmiş dövlət informasiya sistemlərinin və ehtiyatlarının “Hökumət buludu”nda formalaşdırılmasına operatorla birgə nəzarət edəcək.
Azvision.az-ın məlumatına görə, bu barədə Prezident İlham Əliyevin imzaladığı “Hökumət buludu”nun (G-cloud) yaradılması və “bulud” xidmətlərinin göstərilməsi sahəsində tədbirlər haqqında” Fərmana dəyişiklikdə qeyd olunub.

Dəyişikliyə əsasən, fərmanın 8.1-ci bəndi (dövlət informasiya sistemlərinin və ehtiyatlarının mərhələli şəkildə “Hökumət buludu”na Keçid Planını Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təklifləri əsasında üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin) ləğv edilib.

Azvision.az


Teqlər: İlham-Əliyev  





Xəbər lenti