Bakıda iki narkotacir ələ keçdi

Bakıda iki narkotacir ələ keçdi
  18 Avqust 2020    Oxunub:1877
Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarının daxil olmuş məlumatlar əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakinləri F.Nəcəfov və əvvəllər məhkum olunmuş A.Baranov saxlanılıblar.
Daxili İşlər Nazirliyindən Azvision.az -a verilən məlumata görə, şəxsi axtarış zamanı F.Nəcəfovdan 440 qram, A.Baranovdan isə 480 qram marixuana aşkar edilərək götürülüb.

Bundan başqa, Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini A.Əliyev saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 10 qram, idarə etdiyi “Renault” markalı avtomobilinə baxış zamanı isə 1 kiloqram heroin və 1 ədəd elektron tərəzi aşkar edilərək götürülüb.

Azvision.az




Teqlər: DİN   Narkotik  





Xəbər lenti