Axtarışda olan qadın oğurluğa görə tutuldu

Axtarışda olan qadın oğurluğa görə tutuldu
  18 Avqust 2020    Oxunub:1928
Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinə avqustun 12-də R.Behbudov küçəsində yerləşən tibb mərkəzində həkim işləyən Ü.Hüseynovanın içərisində 2021 manat olan pulqabısının oğurlanması barədə müraciət daxil olub.
Daxili İşlər Nazirliyindən Azvision.az -a verilən məlumata görə, dərhal polis əməkdaşları tərəfindən müvafiq araşdırmalar aparılıb. Əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Ağdam rayon sakini, əvvəllər məhkum olunmuş S.Quliyeva müəyyən edilərək saxlanılıb.

Araşdırmalarla onun Cinayət Məcəlləsinin 177-ci maddəsi (oğurluq) ilə axtarışda olması da müəyyən edilib.

Azvision.az




Teqlər: DİN   Oğurluq  





Xəbər lenti