250-dək özünüməşğulluq proqramı iştirakçısına aktivlər verilib

250-dək özünüməşğulluq proqramı iştirakçısına aktivlər verilib
  18 Avqust 2020    Oxunub:1622
Prezident İlham Əliyevin təşəbbüsünə uyğun olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mərkəzi Bank və Banklar Assosiasiyası arasında əməkdaşlıq çərçivəsində banklar tərəfindən özünüməşğulluq proqramına dəstəyin göstərilməsi işləri davam edir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Azvision.az -a verilən məlumata görə, bu il artıq 250-dək proqram iştirakçısına seçdikləri fəaliyyət sahəsi üzrə kiçik bizneslərini qurmaq üçün banklar tərəfindən mal və materiallar formasında aktivlər verilib. Proqramın icrasına dəstək işlərinə ölkədə fəaliyyət göstərən 21 bank qoşulub.

Ümumilikdə əməkdaşlıq çərçivəsində respublika üzrə təlimləri uğurla başa vuran və biznes planlarını müdafiə etmiş 1000 nəfər proqram iştirakçısının cari ildə banklar tərəfindən aktivlərlə təmin edilməsi nəzərdə tutulub.

Azvision.az


Teqlər: ƏƏSMN  





Xəbər lenti