Müəllimlərin işə qəbul imtahanları ilə bağlı xəbərdarlıq

Müəllimlərin işə qəbul imtahanları ilə bağlı xəbərdarlıq
  18 Avqust 2020    Oxunub:2637
Müəllimlərin işə qəbulu imtahanlarında iştirak edən namizədlərin şəxsi səhifələrində qeyd olunan vaxtdan 1 saat əvvəl imtahan təşkil ediləcək mərkəzdə olması vacibdir.
Azvision.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib.

"Namizədlərin nəzərinə çatdırırıq ki, imtahan başlamazdan yarım saat əvvəl qeydiyyat başa çatır. Qeydiyyat prosesi başa çatdıqdan sonra imtahan mərkəzinə gələn namizədlərin imtahanda iştirakına icazə verilmir", - deyə C.Valehov qeyd edib.

Azvision.az


Teqlər: Təhsil   Müəllim   İmtahan  





Xəbər lenti