Dövlət Gömrük Komitəsindən
Azvision.az -a verilən məlumata görə, baxış zamanı nəqliyyat vasitəsinin gizli saxlanc yerlərindən gömrük orqanlarına bəyan olunmayan 34 ədəd müxtəlif kosmetik vasitə və ləvazimatları, elektron siqaret aparatları, 80 ədəd elektron siqaret aparatları üçün təmizləmə çubuğu, 6 flakon dərman preparatı, 1 ədəd "Apple" markalı qol saatı, 756 həb baytarlıq preparatı, 2 ədəd qadın üçün gödəkçə aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.
Azvision.az