Həmkəndlisinin təsərrüfatını yandıran şəxs tutuldu

Həmkəndlisinin təsərrüfatını yandıran şəxs tutuldu
  17 Avqust 2020    Oxunub:2552
Şəki ŞRPŞ-yə müraciət edən Kiçik Dəhnə kənd sakini T.Baqiyev avqustun 15-də saat 22 radələrində kənd ərazisində ona məxsus yardımçı təsərrüfatın qəsdən yandırılması nəticəsində 1500 ədəd ot bağlamasının yanmasını, 1 ulaq və 70 ev quşunun tələf olmasını bildirib.
Daxili İşlər Nazirliyindən Azvision.az -a verilən məlumata görə, dərhal polis əməkdaşları tərəfindən müvafiq araşdırmalar aparılıb.

Keçirilmiş əməliyyat tədbirləri nəticəsində əmlakı qəsdən məhv etməkdə şübhəli bilinən həmkəndlisi, əvvəllər məhkum olunmuş S.Yusifov saxlanılıb. Faktla əlaqədar cinayət işi başlanıb.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti