Qaçırdığı maşınla birgə saxlanıldı

Qaçırdığı maşınla birgə saxlanıldı
  17 Avqust 2020    Oxunub:2580
Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinə avqustun 9-na keçən gecə 18-ci mikrorayon ərazisindən şəhər sakini R.Mirzəyevin “Audi” markalı avtomobilinin qaçırılması barədə müraciət daxil olub.
Daxili İşlər Nazirliyindən Azvision.az -a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Abşeron rayon sakini,əvvəllər məhkum olunmuş O.Xanlarzadə avtomobillə birgə Abşeron rayonu ərazisində saxlanılıb.

Azvision.az


Teqlər: DİN   Oğurluq  





Xəbər lenti