Sürücünü bıçaqla hədələyib 200 manat aldı

Sürücünü bıçaqla hədələyib 200 manat aldı
  17 Avqust 2020    Oxunub:2711
Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinə avqustun 14-də Suraxanı qəsəbəsi ərazisində qəsəbə sakini X.Rəhimovun idarə etdiyi “KİA” markalı avtomobilə sərnişin qismində minən bir nəfərin bıçaqla onu hədələyib 200 manatını alması barədə müraciət daxil olub.
Daxili İşlər Nazirliyindən Azvision.az -a verilən məlumata görə, dərhal başlanılan əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş A.Məmmədov polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb. Suraxanı RPİ-də araşdırma aparılır.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti