İsmayıllıda qaydaları pozan sürücülər cərimələndi

İsmayıllıda qaydaları pozan sürücülər cərimələndi
  17 Avqust 2020    Oxunub:2061
İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları ictimai nəqliyyatda tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etməyən şəxslərə, eləcə də normadan artıq sərnişin götürən sürücülərə qarşı reyd keçirib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Azvision.az -a verilən məlumata görə, rayon daxilində sərnişindaşıma ilə məşğul olan nəqliyyat vasitələrində keçirilən reyd zamanı bəzi sürücü və sərnişinlərin tibbi maskadan istifadə etmədiyi aşkarlanıb.

Onlarla profilaktik söhbətlər aparılıb və qoruyucu maskalardan istifadənin zəruriliyi diqqətə çatdırılıb. Eləcə də, avtobuslarda normadan artıq sərnişin götürən sürücülərə ciddi xəbərdarlıq edilib. Reyd zamanı qaydaları pozan 8 sürücü və sərnişin barəsində cərimə protokolu tərtib olunub.

Azvision.az



Teqlər: DİN   İsmayıllı  





Xəbər lenti