Gürcüstanda 4 azərbaycanlını öldürən sürücü tutuldu - YENİLƏNİB

Gürcüstanda 4 azərbaycanlını öldürən sürücü tutuldu -  YENİLƏNİB
  17 Avqust 2020    Oxunub:5973
Gürcüstanda Kvemo Poniçala (Soğanlıq) qəsəbəsində ağır yol qəzası törədərək azərbaycanlı ailənin 4 üzvünün ölümünə səbəb olan sürücü saxlanılıb.
Bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilir ki, həyata keçirilən əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində, avqustun 15-də axşam Poniçalada baş verən yol qəzasında təqsirləndirilən qadın sürücü, 1995-ci il təvəllüdlü P.G. saxlanılıb.

İstintaqla müəyyən olunub ki, sözügedən xanım idarə etməni itirərək əvvəlcə yol kənarındakı dirəyə çırpılıb, daha sonra isə yolu piyada keçən ailənin 7 nəfər üzvünü vurub. Sürücü hadisə yerindən qaçıb.

Faktla bağlı iki və ya daha çox insanın ölümünə səbəb olma maddəsi ilə Gürcüstan Cinayət Məcəlləsinin 128-ci və 276-cı maddəsinin 8-ci hissəsi üzrə istintaq başladılıb.

Saxlanılan qadın sürücünü 6 ildən 10 ilədək həbs cəzası gözləyir.

Qeyd edək ki, avqustun 15-də baş vermiş qəza nəticəsində 25 yaşlı qadın və onun 4 yaşlı uşağı hadisə yerində dünyasını dəyişib.

Xəsarət alan 4 nəfər xəstəxanaya çatdırılsa da, onlardan ikisinin həyatını xilas etmək mümkün olmayıb. Onlardan biri 7 yaşlı uşaq olub.

Azərbaycanlı ailə toy mərasimindən evə dönürmüş. (AzərTAc)

Azvision.az


Teqlər: Gürcüstan   Qəza  





Xəbər lenti