Xaçmazda güclü yanğın olub

Xaçmazda güclü yanğın olub
  17 Avqust 2020    Oxunub:3428
Xaçmaz rayonunun Şıxhaput kəndində yanğın baş verib.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 60 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 20 m² sahədə və damına yığılan 5 ton ot bağlamasının 4 tonu, yaxınlıqda “VAZ” markalı minik avtomobilinin yanar hissələri və ümumi sahəsi 90 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 40 m² sahədə, damına yığılan 3 ton ot bağlamasının 2,5 tonu və içərisinə yığılan mebel dəsti yanıb. Tövlənin və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az


Teqlər: FHN   Yanğın  





Xəbər lenti