Şabrandakı yanğın söndürülüb - YENİLƏNİB

Şabrandakı yanğın söndürülüb -  YENİLƏNİB
  16 Avqust 2020    Oxunub:4241
Şabran rayonunda Xaltan qəbirstanlığı adlanan ərazidə 3 ha sahədə və Meşə Təsərrüfatı İdarəsinə məxsus dağlıq ərazidə 5 ha sahədə quru ot və kol-kos yanıb.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, yaxınlıqdakı ağaclar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

***
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Şabran rayonunun Əmirxanlı kəndi yaxınlığında açıq sahədə yanğın olması barədə məlumat daxil olub.

Azvision.az xəbər verir ki, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğınsöndürmə işlərinə cəlb edilib.

İlkin məlumata görə, 7 ha sahədə quru ot və kol-kos yanır. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

Azvision.az


Teqlər: FHN   Yanğın  





Xəbər lenti