Kolleclərdə çalışan müəllimlərin sayı açıqlandı

Kolleclərdə çalışan müəllimlərin sayı açıqlandı
  16 Avqust 2020    Oxunub:6943
Tədris ilinin əvvəlinə Azərbaycanda orta ixtisas təhsili müəssisələrində (kolleclərdə) çalışan professor və müəllimlərin sayı açıqlanıb.
Azvision.az Dövlət Statistika Komitəsinin yeni çapdan çıxmış “Azərbaycanda uşaqlar” adlı məcmuəsinə istinadən xəbər verir ki, 2019-2020-ci tədris ilində bu təhsil müəssisələrində 6056 nəfər pedaqoji fəaliyyətlə məşğul olub. Onlardan 12-si elmlər doktoru, 97-si fəlsəfə doktoru, 6-sı professor, 20-si dosentdir.

Azvision.az


Teqlər: Müəllim   Kollec  





Xəbər lenti