Silsilə oğurluqlar edən şəxslər saxlanıb

  15 Avqust 2020    Oxunub : 3503
Silsilə oğurluqlar edən şəxslər saxlanıb
Sumqayıt və Gəncədə oğurluqla məşğul olan şəxslər tutulublar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a bildirilib ki, Sumqayıt sakini olan 3 qadının pul və mobil telefonlarını oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş C.Əhmədli Şəhər Polis İdarəsinin 3-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılıb.

Kəpəz rayonu ərazisində isə “VAZ” markalı 2 avtomobildən maqnitofon, mobil telefon, fləşkart və səsgücləndiricilər oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakinləri, əvvəllər məhkum olunmuş C.Kazımov və A.Şabanov Kəpəz Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində yaxalanıb.

Hər iki faktla bağlı araşdırma aparılır.

Azvision.az

Teqlər: DİN   Oğurluq