BNA: Bir həftədə 8 milyondan çox sərnişin daşınıb

  14 Avqust 2020    Oxunub : 2593
      BNA:    Bir həftədə 8 milyondan çox sərnişin daşınıb
Xüsusi karantin rejimi qaydalarına uyğun olaraq 15 avqust gecə 00:00-dan 17 avqust səhər saat 06:00-dək müntəzəm və ekspres xətlər üzrə avtobusların fəaliyyəti dayandırılacaq.
Bu barədə Azvision.az -a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

Bildirilib ki, bu həftə ərzində Bakı şəhərində müntəzəm və ekspres xətlər üzrə avtobuslarla 8 000 000-dan artıq sərnişin səfər sayı qeydə alınıb. Bu isə 3-7 avqust tarixlərində qeydə alınan göstəricidən təxminən 14 % çoxdur. Belə ki, avqustun ilk həftəsində sərnişin səfər sayı 7 000 000-a yaxın olub.

Azvision.az

Teqlər: BNA   Avtobus