Bel çantasından marixuana çıxdı

Bel çantasından marixuana çıxdı
  14 Avqust 2020    Oxunub:2787
Baş Gömrük İdarəsinin "Astara" gömrük postunda İrandan ölkəmizə gələn Gürcüstan vətəndaşının idarə etdiyi "Man" markalı yük nəqliyyat vasitəsi saxlanılıb və gömrük baxışı keçirilib.
Bu barədə Azvision.az -a Dövlət Gömrük Komitəsindən bildirilib.

Məlumata görə, nəqliyyat vasitəsinə Dövlət Sərhəd Xidmətinin əməkdaşları ilə birgə baxış keçirilib. Yoxlama zamanı sürücüyə məxsus bir ədəd qara rəngli bel çantasının içərisində olan astarın alt tərəfində gömrük nəzarətindən gizlədilən şəffaf rəngli sellofana bükülü beş ədəd bağlamada, ümumi çəkisi 1 kiloqram 115 qram kəskin iyə malik narkotik vasitə - marixuana aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Azvision.az


Teqlər:





Xəbər lenti