Bakıda növbəti dezinfeksiya işləri aparılacaq

  14 Avqust 2020    Oxunub : 2446
 Bakıda növbəti dezinfeksiya işləri aparılacaq
Avqust ayının 15-i səhər saatlarından etibarən şəhərin mərkəzi və qəsəbələrdəki əsas küçə, prospekt və yollarda xüsusi kimyəvi maddələrlə növbəti dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaq.
Bu barədə Azvision.az -a paytaxtın kommunal strukturlarından məlumat verilib.

Bununla əlaqədar maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə qeyd olunan tarixdə küçəyə çıxmamaq xahiş olunur.

Azvision.az

Teqlər: Meriya   Bakı   Dezinfeksiya