Polis Oğuzda reyd keçirib

Polis Oğuzda reyd keçirib
  13 Avqust 2020    Oxunub:3685
Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları qapalı məkanlarda tibbi maskadan istifadə etməyən şəxslərə qarşı tədbirləri davam etdirir.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Azvision.az -a verilən məlumata görə, keçirilən reydlər zamanı bir neçə obyektdə karantin rejiminin qayda və tələblərinin pozulduğu müəyyən edilib.

Mağazalarda bəzi satıcı və müştərilərin sosial məsafəni gözləmədikləri, eləcə də tibbi maskadan istifadə etmədikləri aşkarlanıb. Həmin şəxslər barəsində İnizbati Xətalar Məcəlləsinin 211-ci maddəsinə əsasən protokol tərtib edilərək, cərimələniblər.

Azvision.az



Teqlər: Oğuz   Polis   PolisOğuzdareydkeçirib  





Xəbər lenti