Məktəbəqədər təhsil müəssisələrinin sayı açıqlandı

Məktəbəqədər təhsil müəssisələrinin sayı açıqlandı
  13 Avqust 2020    Oxunub:4216
2020-ci ilin əvvəlinə Azərbaycanda fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrinin sayı 1840 olub. Bunun 1684-ü dövlət, 156-sı isə qeyri-dövlət təhsil müəssisəsidir.
Azvision.az xəbər verir ki, bu barədə məlumat Dövlət Statistika Komitəsinin yeni çapdan çıxmış “Azərbaycanda uşaqlar” adlı məcmuəsində əks olunub.

Rəsmi nəşrdə bildirilir ki, həmin müəssisələrdə 128 min 800 uşaq təlim-tərbiyə alır. Onların 122 min 400-ü dövlət, 6 min 400-ü qeyri-dövlət təhsil müəssisələrinin payına düşür. məktəbəqədər təhsil müəssisələrinin 1123-ü şəhər, 717-si isə kənd yerlərində fəaliyyət göstərir.

Azvision.az


Teqlər: Məktəb   Təhsil  





Xəbər lenti