Üç nəfər telefona görə imtahandan qovuldu

   Üç nəfər telefona görə imtahandan qovuldu
  13 Avqust 2020    Oxunub:3939
Bu gün Dövlət İmtahan Mərkəzi tərəfindən şəhər və rayonların imtahan qrafikinə uyğun olaraq II və III ixtisas qrupları ali təhsil müəssisələrinə qəbul imtahanları keçirilib.
DİM-dən Azvision.az -a verilən məlumata görə, imtahana gələn iştirakçıların bədən hərarətləri normaya uyğun olub.

3 nəfərdə isə mobil telefon aşkarlandığı üçün həmin şəxslər imtahandan xaric olunub.

Azvision.az


Teqlər: İmtahan   DİM  





Xəbər lenti