Nazir müəllim, şagird və valideynlərlə videokonfrans keçirib

Nazir müəllim, şagird və valideynlərlə videokonfrans keçirib
  13 Avqust 2020    Oxunub:3052
Avqustun 13-də Təhsil naziri Emin Əmrullayev ölkənin müxtəlif regionlarından olan 50-yə yaxın valideyn, şagird və müəllimin iştirakı ilə videokonfrans keçirib.
Təhsil Nazirliyindən Azvision.az -a bildirilib ki, görüşdə Təhsil naziri koronavirus pandemiyası dövründə 2020-2021-ci tədris ilinə hazırlıqla bağlı görülən işlər barədə danışıb. Müxtəlif təkliflər və onların icra mexanizmi haqqında iştirakçılara məlumat verilib.

Görüş zamanı çıxış edən müəllim, şagird və valideynlər 2020-2021-ci tədris ili ilə bağlı öz fikirlərini bildiriblər. Həmçinin təklif olunan modellər haqqında müzakirələr aparılıb.

Azvision.az



Teqlər: Təhsil  





Xəbər lenti