Altı ayda 332 nəfərə ictimai işlər cəzası verilib

Altı ayda 332 nəfərə ictimai işlər cəzası verilib
  13 Avqust 2020    Oxunub:2598
Cari ilin 6 ayı ərzində 332 nəfər barədə ictimai işlər növündə cəzanın və inzibati tənbehin icrası təmin edilib.
Ədliyyə Nazirliyindən Azvision.az -a verilən məlumata görə, bu növ cəzanın və inzibati tənbehin icrası ilə bağlı 64 844 saat ictimai işlər yerinə yetirilib.

Eyni zamanda ictimai işlər növündə cəzanın daha səmərəli tətbiqi və icrasına effektiv nəzarətin həyata keçirilməsi ilə bağlı əməli işlər görülüb, o cümlədən qanunvericilik təkmilləşdirilib, yerli icra hakimiyyəti orqanları ilə daha səmərəli qarşılıqlı fəaliyyət qurulub, ictimai işlərin keçirildiyi yerlərdə məhkumların işlədikləri vaxtlarda mütəmadi monitorinqlər aparılıb.

Azvision.az



Teqlər: Ədliyyə   İşçi  





Xəbər lenti