Naxçıvanda iyulda 105 nəfərə əmək pensiyası təyin olunub

Naxçıvanda iyulda 105 nəfərə əmək pensiyası təyin olunub
  13 Avqust 2020    Oxunub:1811
"Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununa əsasən pensiya hüququ yaranan 105 vətəndaşa əmək pensiyası təyin olunub.
Azvision.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun məlumatında bildirilib.

Bunlardan 76-sı yaşa görə, 9-u əlilliyə görə, 20-si isə ailə başçısını itirməyə görə əmək pensiyasına çıxan vətəndaşlar olub. Fərdi uçot sistemində də işlər davam etdirilib və ilk dəfə əmək fəaliyyətinə başlayanlara sosial sığorta şəhadətnamələrinin hazırlanması üçün 184 ədəd ərizə forması elektron imza vasitəsilə sifariş verilib.

Qeyd edilib ki, ötən ay əmək pensiyalarının və məcburi dövlət sosial sığorta haqları hesabına müavinətlərin vaxtında maliyyələşdirilməsi üçün müvafiq tədbirlər həyata keçirilib, pensiya ödənilməsinə 14 milyon 622 min manat, sosial müavinətlərin ödənilməsinə isə 334 min manat vəsait xərclənib. Ay ərzində müvafiq mərkəzi icra hakimiyyəti orqanı tərəfindən məcburi dövlət sosial sığorta haqqı üzrə Fondun xəzinə hesabına 10 milyon 316 min manat vəsait daxil olub ki, bu da nəzərdə tutulan məbləğdən 25,4 faiz çoxdur. Ümumilikdə pensiya və müavinətlərin ödənişinə ayrılan vəsaitin 69 faizi məcburi dövlət sosial sığorta haqqı şəklində muxtar respublikada yığılıb.

Azvision.az


Teqlər: Naxçıvan   Pensiya  





Xəbər lenti