Tərtərdə çətənə yetişdirən şəxs saxlanılıb

Tərtərdə çətənə yetişdirən şəxs saxlanılıb
  13 Avqust 2020    Oxunub:2199
Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi və bu qanunsuz fəaliyyətlə məşğul olan şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb olunmaları istiqamətində tədbirlər uğurla davam etdirilir.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Azvision.az -a bildirilib ki, daxil olmuş məlumat əsasında Tərtər RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində çətənə bitkisi yetişdirməkdə şübhəli bilinən rayonun Hacıqərvənd kənd sakini Ramal Mehdiyev saxlanılıb.

R. Mehdiyevin kənd ərazisindəki yaxın qohumuna məxsus evin həyətyanı sahəsində aqrotexniki qaydada qulluq edərək yetişdirdiyi 20 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Faktla bağlı Tərtər RPŞ-də araşdırma aparılır.

Azvision.az


Teqlər: Tərtər   DİN  





Xəbər lenti