Tovuzda mərmi tapılıb

Tovuzda mərmi tapılıb
  13 Avqust 2020    Oxunub:2454
Tovuz şəhəri, Xəqani küçəsi ev 8 mənzil 26-da zirzəmidə mərminin tapılması barədə Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə məlumat daxil olub.
ANAMA-dan Azvision.az -a verilən məlumata görə, agentliyin xüsusi mobil çevik əməliyyat və partladıcı axtaran xüsusi təlim keçmiş itlərdən ibarət kinoloji qrupları və Daxili İşlər Nazirliyinin Tovuz rayon Polis Şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Tovuz rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş əraziyə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polislər tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd tərkibində partlayıcı maddə olmayan (boş) 82 mm-lik minaatan mərmisi (O-832) aşkar olunub, götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Minaatan mərmisinin ətrafında 12 kv.m əraziyə yerüstü baxış keçirilib, heç bir təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Azvision.az


Teqlər: Tovuz   Mərmi   ANAMA  





Xəbər lenti