Bir gündə 3 piyada yol qəzasında öldü

Bir gündə 3 piyada yol qəzasında öldü
  12 Avqust 2020    Oxunub:3813
Avqustun 11-də saat 22 radələrində Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində qəsəbə sakini E.Rəhimov idarə etdiyi “Renault” markalı avtomobillə yolu keçən 40-45 yaşlı kişini vurub və həmin şəxs hadisə yerində ölüb.
Bu barədə Azvision.az -a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bundan başqa, avqustun 11-də saat 4 radələrində Xırdalan şəhəri ərazisində şəhər sakini M.Kazımov idarə etdiyi “Mazda” markalı avtomobillə yolu keçən Hökməli qəsəbə sakini Eldəniz Rüstəmovu vurub. Xəstəxanaya yerləşdirilən piyada orada ölüb.

Həmin gün saat 22 radələrində Xırdalan şəhəri ərazisində yerləşən avtobus qarajında, orada işləyən Şəki şəhər sakini E.Bədəlov idarə etdiyi “Daewoo” markalı avtobusu arxaya verərkən iş yoldaşı, şəhər sakini Təbriz Həsənovu vurub. Xəsarət alan T.Həsənov xəstəxanaya aparılarkən yolda ölüb.

Hər üç faktla bağlı araşdırma aparılır.

Azvision.az


Teqlər: DİN   Qəza   Piyada  





Xəbər lenti