“BMW” kişini vurub öldürdü

“BMW” kişini vurub öldürdü
  11 Avqust 2020    Oxunub:2649
Qaradağ rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, hadisə avqustun 11-də saat 2 radələrində Qaradağ rayonunun Sahil qəsəbəsi ərazisində qeydə alınıb.

Bakı şəhər sakini İ.Qurbanov “BMW” markalı avtomobili idarə edərkən yolu keçən 60-65 yaşlı kişini vurub. Nəticədə həmin şəxs hadisə yerində ölüb. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti