Dənizdə batan oğlanın meyiti tapıldı - YENİLƏNİB

Dənizdə batan oğlanın meyiti tapıldı -  YENİLƏNİB
  10 Avqust 2020    Oxunub:4852
Dənizdə (Novxanı kəndi, qeyri-çimərlik ərazi) batan 2004-cü il təvəllüdlü Ağamirzəyev Rasim Sanalı oğlunun axtarışları başa çatıb.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, R.Ağamirzəyevin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.

***
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Abşeron rayonunun Novxanı kəndində, dənizdə (nəzarətsiz ərazidə) 1 nəfərin (şəxsiyyəti dəqiqləşdirilir) batması barədə məlumat daxil olub.

Azvision.az FHN-in saytına istinadən xəbər verir ki, Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.

Azvision.az


Teqlər: FHN   Dəniz   Boğulma  





Xəbər lenti