Bakıda qəza, yolda tıxac yarandı - FOTO

Bakıda qəza, yolda tıxac yarandı -    FOTO
  10 Avqust 2020    Oxunub:2591
Qara Qarayev prospektində Özbəkistan küçəsi ilə kəsişmədə ("Koroğlu" m/st istiqamətində) yol nəqliyyat hadisəsi baş verib. Hazırda hadisə baş verən yerədək hər iki istiqamətdə sıxlıq müşahidə olunur.
Azvision.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) Mətbuat Xidmətinin rəhbəri Mais Ağayev bildirib.

Onun sözlərinə görə, sıxlıq səbəbindən Q.Qarayev prospektindən keçən müntəzəm və ekspres xətlər üzrə avtobusların hərəkət intervalında gecikmələr yaranır.

Azvision.az


Teqlər: Bakı   Qəza   BNA  





Xəbər lenti