Rezidenturaya qəbulla bağlı şikayətlərə baxılacaq

Rezidenturaya qəbulla bağlı şikayətlərə baxılacaq
  07 Avqust 2020    Oxunub:3465
Dövlət İmtahan Mərkəzi (DİM) rezidenturaya qəbul olmaq üçün avqustun 5-də keçirilmiş baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının nəticələrini elan edib.
Azvision.az xəbər verir ki, imtahan nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün onlayn qaydada Apelyasiya komissiyası fəaliyyət göstərəcək.

Apelyasiya komissiyasına müraciət etmək üçün elektron ərizə forması apelyasiya.dim.gov.az saytında yerləşdiriləcək. Namizədlər Apelyasiya komissiyasına 7-9 avqust 2020-ci il tarixlərində müraciət edə bilərlər.

Azvision.az



Teqlər: DİM   İmtahan  





Xəbər lenti