Nazir müavinindən təhsil haqları ilə bağlı açıqlama

  Nazir müavinindən təhsil haqları ilə bağlı açıqlama
  06 Avqust 2020    Oxunub:5100
Ali təhsil ocaqlarında müəllimlərin maaşı ümumi xərclərin 80 %-ni təşkil edir. Tək dövlət büdcəsi hesabına təhsil alan tələbələrin sayı deyil, həm də təhsil haqları artırılıb.
Azvision.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında Maliyyə nazirinin müavini Azər Bayramov deyib.

Nazir müavini bildirib ki, bu istiqamətdə kifayət qədər vəsait büdcədə nəzərdə tutulub:

“Pandemiya ilə əlaqədar tədbirlər çərçivəsində bütövlükdə dövlət büdcəsi hesabına maliyyələşən tələbələr üçün əlavə 40 milyon manat vəsait ayrılıb. Artıq 2020-ci ilin ikinci semestri ilə bağlı 13 milyon manat bu istiqamətə yönəlib. Bu kriteriyalara yenidən gərək Təhsil Nazirliyinin mütəxəsisləri ilə baxaq. Çünki vəsaitlərin ayrılması, həm də onların şəffaf xərclənməsi istiqamətində nəzarət lazımdır. Bu günə kimi müəyyən olunmuş əlavə kriteriyalar konkret mənbələri məlum olan məlumat bazalarına əsaslanır. Bu sayın genişlənməsi vacib amildir. Amma burada konkret kriteriyaların müəyyən olunması vacibdir”.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Milli-Məclis   Təhsil  





Xəbər lenti