Bu il Naxçıvanda ağır cinayət qeydə alınmayıb
Bildirilib ki, hesabat dövrü qanunsuz saxlanılan silahların yığılması istiqamətində ardıcıl həyata keçirilən profilaktik maarifləndirmə tədbirləri nəticəsində vətəndaşlardan 117 ədəd müxtəlif növ silah və xeyli sayda döyüş sursatı təhvil götürülüb.
Diqqətə çatdırılıb ki, muxtar respublikada narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıqla mübarizə sahəsində həyata keçirilən qətiyyətli və məqsədyönlü tədbirlər nəticəsində 2020-ci ilin I yarımilində narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə bağlı ötən illə müqayisədə 7 inzibati fakt artıq aşkar edilib. 2020-ci ilin birinci yarısında müstəntiqlərin icraatında olan, keçmiş illərdən qapalı qalmış cinayət işlərinin açılması sahəsində müsbət nəticələr əldə olunaraq 6 cinayət işinə xitam verilib.
Yol infrastrukturunun inkişafı sahəsində muxtar respublika rəhbərinin həyata keçirdiyi tədbirlər, bütün yaşayış məntəqələrinə müasir standartlara cavab verən asfalt yol örtüyünün çəkilməsi, istismara yararsız nəqliyyat vasitələrinin dövriyyədən çıxarılması və maarifləndirmə tədbirlərinin genişləndirilməsi nəticəsində qəzaların sayında 2019-cu illə müqayisədə 16,7 faiz azalma müşahidə olunub.
Anar Kəlbiyev
Azvision.az