Qəbul imtahanlarına hazırlaşan abituriyentlərin nəzərinə!

Qəbul imtahanlarına hazırlaşan abituriyentlərin nəzərinə!
  28 İyul 2020    Oxunub:4533
Dövlət İmtahan Mərkəzi (DİM) COVID-19 pandemiyası ilə əlaqədar ölkədə tətbiq edilən xüsusi karantin rejimini nəzərə alaraq abituriyentlərə dəstək məqsədilə Mərkəzin “YouTube” kanalında təcrübəli ekspertlərin bütün qəbul imtahanı fənləri üzrə mühazirələrini yerləşdirir.
DİM-dən Azvision.az -a bildirilib ki, portala Azərbaycan dili, ədəbiyyat, tarix, coğrafiya, russkiy yazık, riyaziyyat, fizika, kimya, biologiya fənləri üzrə ümumilikdə 140 videomühazirə yerləşdirilib. Videomühazirələrin yerləşdirilməsi davam etdiriləcək. Qeyd edək ki, videomühazirələrə bu günə baxış sayı 24103-dür.

Mühazirələr qəbul proqramlarını tam əhatə etməklə, təqdim olunmuş nəzəri materialların tətbiqinə dair test tapşırıqları ilə də təchiz edilib. Videomühazirələrə DİM-in saytında baxmaq olar.

Bundan əlavə, abituriyentlər otk.az saytında 5–11-ci sinif dərsliklərinin hər bir mövzusuna dair yerləşdirilmiş qiymətləndirmə tapşırıqlarından istifadə etməklə, nəzəri materiallar üzrə hazırlıq səviyyələrini yoxlaya bilərlər. Hazırda saytda bütün imtahan fənləri üzrə 22890 tapşırıq yerləşdirilib.

Azvision.az


Teqlər: DİM  





Xəbər lenti