Müəllimlərin işə qəbulu üzrə qeydiyyat başa çatdı

 Müəllimlərin işə qəbulu üzrə qeydiyyat başa çatdı
  26 İyul 2020    Oxunub:5601
Təhsil Nazirliyi sisteminə daxil olan ümumtəhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqəyə elektron sənəd qəbulu başa çatıb.
Təhsil Nazirliyindən Azvision.az-a bildirilib ki, bu il iyulun 16-dan 25-dək miq.edu.az saytı vasitəsilə aparılan elektron sənəd qəbulu zamanı 53880 namizəd qeydiyyatdan keçib. Onlardan 51227 namizəd elektron ərizəsini təsdiq edib.

Elektron ərizələrin yoxlanılması başa çatdıqdan sonra nəticələr namizədlərin şəxsi səhifələrinə göndəriləcək.

Azvision.az


Teqlər: Müəllim   Təhsil   Nazirlik  





Xəbər lenti