İtaliya mətbuatı Azərbaycana dəstək aksiyasından yazır

İtaliya mətbuatı Azərbaycana dəstək aksiyasından yazır
  23 İyul 2020    Oxunub:2488
İtaliyanın Agenzia Nova, Askanews, Sardegnagol, Gironale Diplomatico kimi kütləvi informasiya vasitələri Ermənistanın Azərbaycanın Tovuz rayonu istiqamətindəki dövlət sərhədində törətdiyi hərbi təxribatı və Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzünü İtaliya rəhbərliyinin, parlament üzvlərinin, yerli ictiamiyyətin diqqətinə çatdırmaq, eləcə də Ordumuza dəstək nümayiş etdirmək üçün İtaliyada yaşayan həmvətənlərimizin İtaliya parlamenti önündə sanksiyalaşdırılmış aksiyasını işıqlandırıblar.
Azvision.az xəbər verir ki, məlumatlarda aksiya iştirakçılarının Vətən uğrunda şəhid olmuş həmvətənlərimizin ailələri və yaxınları ilə həmrəylik və yaxınlıq nümayiş etdirdiyi, Azərbaycanın ərazi bütövlüyünün müdafiəsində dayanan Milli Ordumuza dəstək nümayiş etdirdiyi deyilir.

Eləcə də iştirakçıların Ermənistanın təcavüzünün Cənubi Qafqazda sabitlik və təhlükəsizliyə, o cümlədən enerjidaşıyıcıların Avropa, xüsusilə də İtaliyaya davamlı təchizinə təhdid olduğu bildirdikləri və Ermənistanın son hərbi təxribatlarının pislənilməsi və bu ölkənin Azərbaycana qarşı təcavüz siyasətindən əl çəkməsi üçün ona təzyiq edilməsi barədə İtaliya hökuməti və parlamentinə çağırış etdikləri vurğulanır.

Məlumatlarla aşağıdakı keçidlərdən tanış olmaq mümkündür:

https://www.giornalediplomatico.it/Aggressione-armena-ad-Azerbaigian-manifestazione-a-Montecitorio.htm

https://www.sardegnagol.eu/europa1/3064-gli-azerbaigiani-in-italia-manifestano-a-montecitorio.html

https://www.agenzianova.com/a/5f1800e4b19514.71769350/3033655/2020-07-21/azerbaigian-manifestazione-a-roma-del-consiglio-coordinamento-azerbaigiani-in-italia-contro-aggressione-armenia

https://azvision.az/redirect.php?url=http://www.askanews.it/video/2020/07/21/scontri-tovuz-azerbaigiani-in-italia-manifestano-a-montecitorio-20200721_video_12534298/

Azvision.az


Teqlər: İtaliya   KİV   Aksiya   Azərbaycan   Səfirlik  





Xəbər lenti