“Mənim ailəm də Qəbələyə, Şəkiyə getmək istəyir”- Şahmar Mövsümov

 “Mənim ailəm də Qəbələyə, Şəkiyə getmək istəyir”-     Şahmar Mövsümov
  20 İyul 2020    Oxunub:12141
İlk qapanma dövründə bəzi insanlar qanunları pozaraq rayonlara getdi. Onların getdiyi rayonlarda yoluxma sayı yüksəldi.
Azvision.az xəbər verir ki, bunu Prezidentin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

Onun sözlərinə görə, yoluxma sayı idarəolunan səviyyədə olmalıdır.

"Bu istiqamətdə həddindən artıq iş gedir. Bu gün Bakıdan rayonlara getmək imkanı yaratmaqla əldə olunan naliyyətləri itirə bilərik. Deyirlər ki, rayona gedib, evdə oturacağıq. Lakin mümkün deyil, harasa çıxacaqsan və xəstəlik yayılacaq. Mənim ailəm də Qəbələyə, Şəkiyə getmək istəyir. Lakin bu, mümkün deyil".

Aytən Zəhra
Azvision.az


Teqlər: Şahmar-Mövsümov  





Xəbər lenti