“Bu hadisə Ukrayna üçün utancvericidir” - Zelenski

“Bu hadisə Ukrayna üçün utancvericidir” -  Zelenski
  20 İyul 2020    Oxunub:3035
Ukrayna Prezidenti Vladimir Zelenski hüquq-mühafizə orqanlarının əməkdaşlarının jurnalist Pavel Şeremetin əsl qatillərinin, təşkilatçılar və sifarişçilərin tapması üçün hər şeyi etməli olduğunu deyib.
Azvision.az xəbər verir ki, jurnalistin qətlinin 4-cü ildönümü ilə bağlı paylaşım edən Zelenski bunu Ukrayna üçün utancverici hadisə adlandırıb.

"Bu gün Pavel Şeremetin öldürülməsinin dördüncü ildönümüdür. O, həmişə Belarusda, Rusiyada və Ukraynada demokratiya, insan haqları və azadlığı kimi dəyərlərin yanında oldu. Onun qətli bütün müstəqil media və jurnalistlər üçün bir itkidir. Bu itki həm də Ukrayna üçün utancvericidir”.

Zelenski əlavə edib ki, dövlət və hüquq-mühafizə orqanları Şeremetin əsl qatillərini ukraynalıların, bütün sivil dünyanın görməsi üçün əlindən gələni etməlidir.

“Həqiqəti tapmaq nə qədər çətin olursa olsun. Nə qədər səy və vaxt tələb olunursa olunsun", - Prezident deyib.



Qeyd edək ki, Şeremet 20 iyul 2016-cı ildə Kiyevdə avtomobilin partlaması nəticəsində ölüb. Təxminən on il Rusiya televiziyasında, o cümlədən, “Birinci kanalda” işləyib. Son 5 ildə Kiyevdə yaşayıb, “Ukrainskaya Pravda” internet nəşrində, həmçinin “Vesti Radio”da çalışıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: PavelŞeremet  





Xəbər lenti