İsraildə tibb işçiləri tətilə hazırlaşır

İsraildə tibb işçiləri tətilə hazırlaşır
  20 İyul 2020    Oxunub:2319
İsraildə tibb işçiləri maaşların az olması ilə bağlı tətil edəcəklər.
Azvision.az xəbər verir ki, bu barədə İsrailin Kanal 13 televiziyası məlumat yayıb.

Bildirilib ki, tibb işçiləri koronavirus xəstəliyinin artması fonunda xəstəxanaların iş yükünün çox olması ilə əlaqədar maaşların artırılmasını və daha yaxşı iş şəraiti ilə təmin olunmalarını tələb edirlər.

Tətil səbəbindən bəzi planlaşdırılmış əməliyyatlar ləğv ediləcək, testlərin qəbulu azaldılacaq, peyvənd klinikaları bağlanacaq. Təcili yardım isə tam şəkildə fəaliyyət göstərəcək.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: İsrail   tibb  





Xəbər lenti