Belçika səfirliyi bayram büdcəsini yardıma sərf etdi

Belçika səfirliyi bayram büdcəsini yardıma sərf etdi
  20 İyul 2020    Oxunub:2280
Bu il koronavirus infeksiyasına görə (COVID-19) Belçikanın Milli Günü münasibətilə qəbulu təxirə saldıq. Bu virus təkcə Belçikaya deyil, dünyanın bir çox başqa ölkələrinə ciddi şəkildə təsir göstərdi. Azərbaycan da pandemiya ilə mübarizə aparır.
Azvision.az xəbər verir ki, bu barədə Belçikanın Azərbaycandakı səfiri Bert Şufsun ölkəsinin Milli Günü münasibətilə etdiyi müraciətdə deyilir.

Diplomat vurğulayıb ki, son aylarda COVID-19 bizə bir neçə şey öyrətdi: virus hər kəsi vura bilər, yalnız sanitar qaydalara ciddi riayət etməklə qurbanların sayı azaldıla bilər və dünyanın hər yerində bizim aramızda həssas olanlar da COVID-19 və onun iqtisadi, sosial nəticələri üçün ən asan hədəflərdir.

"Buna görə də Belçikanın Milli Günü münasibətilə qəbul üçün nəzərdə tutulmuş büdcəmizin əhəmiyyətli hissəsini yaxşı bir işə sərf etmək qərarına gəldik. “Rotary International Baku” ilə birlikdə paytaxtdakı yüzlərlə tənha insana lazımi tibbi vasitələr və təzə yemək paketləri təqdim etdik. "Evdə qalın, təhlükəsiz olun" şüarı altında sanitariya tədbirləri və sosial məsafə ilə bağlı vacib qaydalar da izah edildi.

Beləliklə, Milli Gün münasibətilə kimsə bizə hədiyyə göndərməyi düşünürsə, xahiş edirəm ətrafa baxın və həqiqətən ehtiyacı olanlara verin. Bu, yüksək qiymətləndirilir!".



Pərvanə Sultanova
Azvision.az


Teqlər: BelçikanınMilliGünü  





Xəbər lenti