Əfqanıstanda partlayış olub, ölənlər var

Əfqanıstanda partlayış olub, ölənlər var
  18 İyul 2020    Oxunub:3573
Əfqanıstanın şimal-şərqində yerləşən Baqdis əyalətində partlayış nəticəsində 3 mülki sakin həlak olub.
Azvision.az xəbər verir ki, bu barədə "RİA Novosti"yə yerli hökuməti nümayəndəsi bildirib.

Hadisə magistral yolda baş verib. Partlayıcı qurğu təhlükəsizlik qüvvələrinə hücum etmək məqsədi ilə "Taliban" yaraqlıları tərəfindən quraşdırılıb. Motosikletlə oradan keçən qadın, kişi və bir uşaq minaya düşərək ölüblər.

"Taliban" hadisəyə görə məsuliyyəti öz üzərinə götürməyib.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Əfqanıstan  





Xəbər lenti