Çimərliyə getməyə icazə veriləcək? - AÇIQLAMA

   Çimərliyə getməyə icazə veriləcək? -    AÇIQLAMA
  18 İyul 2020    Oxunub:8548
Karantin rejimi dövründə çimərliklərdən istifadə ilə bağlı məsələyə baxılacaq.
Azvision.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva AzTV-nin "Hədəf" verilişində deyib.

TƏBİB rəsmisi bildirib ki, bununla bağlı xüsusi monitorinq qrupları yaradılacaq: "Burada Bakı şəhər İcra Hakimiyyəti və Fövqəladə Hallar Nazirliyinin nümayəndələri olacaq. Onlar çimərliklərdə monitorinqlər aparacaqlar. Xüsusi qaydalara riayət olunduğu halda, çimərliklərdən istifadə etmək olarmı, bunun üzərində düşünüləcək".

Azvision.az


Teqlər: TƏBİB   Çimərlik  





Xəbər lenti