Şəhid polkovnikin oğlu: “4 gün qabaq atamla telefonda danışdıq” - VİDEO

      Şəhid polkovnikin oğlu:    “4 gün qabaq atamla telefonda danışdıq” -    VİDEO
  18 İyul 2020    Oxunub:11486
“Atamın da, mənim də istəyim hüquq-mühafizə orqanlarında çalışmaq idi. 4 gün bundan qabaq atamla telefonda danışdım. Gələcəklə bağlı planlarımız barədə söhbət etdik”.
Azvision.az xəbər verir ki, bunu şəhid polkovnik İlqar Mirzəyevin oğlu Elvin Mirzəyev Azərbaycan Televiziyasının (AzTV) “Çıxışa doğru” verilişində deyib.



O, bildirib ki, atasının arzusu onu hərbçi kimi yox, daha çox hüquq-mühafizə orqanlarında əməkdaş kimi görmək olub: “Mənim özüm də bunu istəyirdim. Mən hərbçi ailəsində böyümüşəm. Atamdan nümunə götürərək hüquq-mühafizə orqanlarında olmaq, bu sahədə çalışmaq arzusunda olmuşam. Mən ilk növbədə atamın arzusunu yerinə yetirəcəyəm”.

Qeyd edək ki, Azərbaycan Ordusunun polkovniki İlqar Mirzəyev iyulun 14-də Ermənistan silahlı qüvvələrinin Tovuz istiqamətində törətdiyi hərbi təxribatın qarşısını alarkən qəhrəmancasına şəhid olub. Şəhid polkovnik iyulun 15-də Bakıda İkinci Fəxri xiyabanda dəfn olunub.

Azvision.az


Teqlər: Şəhid   Polkovnik  





Xəbər lenti