Qazaxıstan Ermənistana neft məhsulları satacaq

Qazaxıstan Ermənistana neft məhsulları satacaq
  17 İyul 2020    Oxunub:3869
Qazaxıstan Ermənistana neft məhsulları tədarük edəcək.
Azvision.az xəbər verir ki, bununla bağlı iki ölkə arasında saziş imzalanıb.

Sazişi Ermənistanın Qazaxıstandakı səfiri Qaqik Qalaçyan və Qazaxıstanın Energetika naziri Nurlan Noqayev imzalayıb.

“İyulun 16-da Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərində Ermənistanın bu ölkədəki səfiri Qaqik Qalaçyan və Qazaxıstanın Energetika naziri Nurlan Noqayev “Ermənistan Respublikası hökuməti və Qazaxıstan Respublikası hökuməti arasında Ermənistana neft məhsullarının tədarükü sahəsində ticarət və iqtisadi əməkdaşlıq haqqında” saziş imzaladılar”, - deyə məlumatda bildirilib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: QazaxıstanınEnergetikanaziriNurlanNoqayev  





Xəbər lenti