Almaniyalı ekspert: Ermənistan təcavüzkar dövlətdir

   Almaniyalı ekspert:   Ermənistan təcavüzkar dövlətdir
  17 İyul 2020    Oxunub:3145
Almaniya mətbuatında beynəlxalq münasibətlər üzrə ekspert Matias Volfun “Dezinformasiyadan və qurban rolundan təcavüzə: Ermənistan və onun Dağlıq Qarabağda Azərbaycana qarşı təcavüzü” sərlövhəli məqaləsi dərc edilib.
Yazıda müəllif xristianlığın zorakılıqdan imtina edilməsi və yaxınlarına sevgi haqqında postulatına Ermənistan tərəfindən praktikada necə əməl olunmasına istehza edib.

“Maraqlıdır ki, özünün xristian olması ilə həmişə öyünən Ermənistan Azərbaycan ilə münaqişədə özünü çox primitiv aparır və zorakılığa əl atır”, - deyən müəllif Azərbaycanın ərazi bütövlüyünün Almaniya və beynəlxalq birlik tərəfindən dəstəklənməsinə diqqəti cəlb edib və bir sıra KİV-lərin bəzi hallarda bu münaqişəni düşünülməmiş işıqlandırmasına görə təəssüfləndiyini bildirib.

“Faktları azacıq yoxlayan hər kəs bu qənaətə gəlir ki, beynəlxalq birlik Qarabağın Azərbaycana mənsub olmasını 1991-ci ildən etiraf edir”.

Ekspert münaqişəni şərh etməyə hazırlaşan hər kəsin faktları öyrənməsini, öz məlumat səviyyəsini artırmasını məsləhət görüb:

“Bir məsələ aydındır: Ermənistanın davranışına nə ad istəsəniz vermək olar, bircə “xristian humanizmi”ndən başqa. Əksinə, səngiməyən hücumlar bu ölkənin təcavüzkar olduğunu göstərir”.

Azvision.az


Teqlər: Almaniya   Ekspert  





Xəbər lenti